Tərəfdaşlar

"PACT" layihəsinin tərəfdaşlarının siyahısı aşağıda göstərilmişdir. Səhifənin altında bizimlə əlaqə saxlamaq üçün məktub forması təqdim olunmuşdur.

   

David Tvildiani Tibb Universiteti - Gürcüstan
Sergo TABAGARI
tempus.pact@gmail.com

David Tvildiani Tibb Universiteti  (2011-ci ilədək AİETİ Tibb Məktəbi kimi adlandırılmışdır) 1991-ci ildə təsis edilmiş və 1992-1993-cü tədris ilində ilk tələbələrini qəbul etmişdir. O, Gürcüstanda ilk qeyri-hökumət ali tibbi təhsil müəssisələrindən biridir. Onun tərkibində tibbi təhsil üzrə bakalavr proqramını təmin edən AİETİ Tibb Məktəbi, İctimai Səhiyyə Məktəbi və səhiyyə və tibbi-biologiya üzrə fəlsəfə doktoru tədris proqramlarını təmin edən doktorantura pilləsi vardır. DTTU Dünya Səhiyyə Təşkilatının BETA – Tibb üzrə İbn Sina Cəmiyyətinə və FAIMER Beynəlxalq Tibbi Təhsil Cəmiyyətinə daxildir. Universitet Avropada Tibbi Təhsil Assosiyasiyası (AMEE),  Avropada Tibb Məktəbləri Assosiyasiyası (AMSE),  Avropa Sistemində  Tibbi-biologiya və  Səhiyyə üzrə Fəlsəfə Doktoru Təhsili Təşkilatı (ORPHEUS)   və Avrasiya Universitetlər Birliyi (EURAS) kimi təşkilatların üzvüdür.

Daha ətraflı

Burqenland Tətbiqi Elmlər Universiteti - Avstriya
Anne Kalasçek
anne.kalaschek@fh-burgenland.at

Burqenland Tətbiqi Elmlər Universiteti nin  Ayzenştadt və Pinkafelddəki iki kampusu müasir Avropanın mərkəzində yerləşir. Bu da tələbələrə ali səviyyədə unikal mədəniyyətlərarası təhsil imkanları yaradır. Tələbələrə beş əsas sahə üzrə səkkiz bakalavr dərəcəsi və on iki magistr dərəcəsi proqramları təklif olunur:

Biznes (Mərkəzi və Şərqi Avropa yönəlmiş);

İnformasiya Texnologiyaları və Məlumatı İdarəetmə;

İctimai iş;

Enerji və Ətraf Mühitin İdarə edilməsi;

Səhiyyə.

Biz proqramlarımıza beynəlxalq aspektləri daxil etməyə xüsusi səy göstəririk.Bizim üçün Mərkəzi və Şərqi Avropa regionlarına yönəlmiş kursların təklifi xüsusilə vacibdir, çünki belə kursların gələcəyinə böyük ümidlər vardır.

Biz həmçinin tələbələrə, Avropanın hər bir bölgəsindən olan 70-dən çox tərəfdaş universiteti və  400 müəssisəni əhatə edən, sərhəddən kənar kurslar, tədqiqat və inkişaf imkanları, məsləhət xidmətləri və əlavə təhsil kursları təklif edirik.

Daha ətraflı

Die Berater - Avstriya
Katarina Resç

K.Resch@dieberater.com

die Berater ® Əhalinin böyüklər (yaşlılar) qisminin təlimi məqsədilə 1998-ci ildə yaradılmışdır.

Biz, ali təhsil sahəsindəki böyüklər (yaşlılar) üçün maraq doğuran, ünsiyyət qabiliyyətlərinin yaxşılaşdırılması üzrə kurslardan tutmuş dil  kursları və informasiya texnologiyaları haqqında veb təlimlərinə kimi müxtəlif mövzularda təlimlər, kurslar və seminarlar təklif edirik. "PACT" layihəsi çərçivəsində "Layihənin idarə edilməsi" və "Layihə inkişafı" təlimlərini təklif edirik. Hər il təxminən 20000 şəxs Die Berater proqramlarında iştirak edir.

Daha ətraflı

Sosial Elmlər Akademiyası (Spoleczna Akademia Nauk) – Polşa
Joanna Szczecinska

jszczecinska@spoleczna.pl

Sosial Elmlər Akademiyası (SEA) Polşanın üçüncü ən böyük şəhərində yerləşən özəl Universitetdir. SEA 1995-ci ilin yanvar ayında Polşa Təlimçilər Dərnəyi tərəfindən təsis edilmişdir. Hazırda təxminən 20 min tələbə Akademiyada təhsil alır. SEA bakalavr, magistr və doktorantura proqramlarını, eləcə də gündəlik, axşam, həftə sonu və qiyabi əsasda ixtisaslaşdırılmış təlim kursları təklif edir. SEA həmçinin elmi-tədqiqat sahəsində, milli və beynəlxalq konfransların təşkilində və elmi kitab nəşrində çox fəaldır.

Universitet 2005-ci ildən etibarən Aİ-nin təhsil proqramlarında koordinator və tərəfdaş kimi iştirak etmiş və yüksək təcrübə qazanmışdır. Həmin ildən Avropa İttifaqı layihələrinin  hazırlanması və idarə edilməsi sahəsində məsul olan Maliyyənin cəlb olunması şöbəsi (4 nəfərlik daimi heyətlə) yaradılmışdır. 2005-ci ildən indiyədək Şöbə Aİ-nin müxtəlif proqramlarında 62 layihədə iştirak etmişdir.

Daha ətraflı

Paytaxt Universitet Kolleci (University College Capital) - Danimarka
Johnny Baltzersen

joba@ucc.dk

Paytaxt Universitet Koleci (PUK)  2007-ci ildə təsis edilmişdir və  doktorantura, həyat boyu təlim, tətbiqi tədqiqat, təcrübə artırma sahəsində  yüksək keyfiyyətə, 21-ci əsrin tələblərinə cavab verməyə çalışan, yeniliklə köhnəliyin sintezini təşkil edən  unikal ali təhsil müəssisəsidir.

Beynəlxalq, professional və akademik şəbəkədə iştirak etmək, təhsil proqramlarının, peşəkar inkişaf fəaliyyətlərinin və tədqiqatın keyfiyyətinin artırılmasına səy göstərən PUK-un əsas məqsədidir.  Tələbə və əməkdaşların mobilliyindən savayı, PUK  QHT-lərlə əlaqələr yaratmaqla  və inkişaf etməkdə olan ölkələrdə məsləhət xarakterli işlər aparmaqla Şimal və Avropanın beynəlmiləşdirmə proqramları çərçivəsində layihələrdə və peşəkar inkişaf fəaliyyətlərində iştirak edir.

Daha ətraflı

EUCEN – Belçika
Carme Royo

office@eucen.eu

EUCEN ( Davamlı Təhsil Şəbəkəsi Avropa Universiteti) beynəlxalq, mənfəət götürməyən  qeyri-hökumət assosiasiyası 1991-ci ildə yaradılmış və Belçika qanunları çərçivəsində  qeydiyyatdan keçmişdir. Hal-hazırda onun 34 ölkədə, Universitetin Ömür Boyu Öyrənmə (ULLL)  proqramının həyata keçirilməsinə və inkişafına cəlb  olunmuş 185 fəal üzvü vardır. O, Avropada Universitetin Davamlı Təhsil və  Ömür Boyu Öyrənmə proqramları üzrə 17 milli şəbəkədən və böyüklərin (yaşlıların) təhsili ilə bağlı 8 assosiasiyadan  ibarətdir.

EUCEN transmilli layihələrin  idarə edilməsi və onlarda iştirak sahəsində geniş təcrübəyə malikdir.  EUCENin "PACT" layihəsindəki əsas rolu yayımlamaq ilə bağlıdır.

Daha ətraflı

Gavar Dövlət Universiteti – Ermənistan
Arsen Aproyan

aproyan@list.ru

  Gavar Dövlət Universiteti Geğarkunik Marzda yerləşən yeganə dövlət ali təhsil müəssisəsidir və təbii və sosial elmlər üzrə təhsil proqramları təklif edir.

Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

Ali təhsil kurrikulumu;

Tədqiqat fəaliyyəti;

Tələbələr üçün tədris prosesinin təşkili;

Universitet əməliyyatlarının idarə edilməsi;

İctimaiyyətlə əlaqələr.

Universitet iki - bakalavr və magistr səviyyələrində ali təhsil verir. Təhsil Avropa Kredit Transferi və Cəmlənməsi Sisteminin (ECTS kredit sisteminin) prinsiplərinə uyğun olaraq təşkil edilir.  Universitetdə aşağıdakı fakültələr vardır: Filologiya, Təbii Elmlər, Humanitar Elmlər, İqtisadiyyat və Qiyabi təhsil. Universitetin idarəsi Universitet Şurası, Akademik Şura, Rektorun İdarə Heyəti və Fakültə Şuraları tərəfindən həyata keçirilir. Universitetin peşəkar akademik heyətin cəmləşdiyi 14 kafedrası vardır. Gavar Dövlət Universiteti illik elmi konfranslar keçirir və hər il konfransların materiallarını dərc edir.

Universitetin aşağıdakı struktur bölmələri vardır:

Akademik siyasət şöbəsi, Keyfiyyətin təmin edilməsi şöbəsi, İctimaiyyətlə Əlaqələr və İnformasiya şöbəsi (İctimaiyyətlə Əlaqələr və IT şöbəsi) və Kompüter xidməti şöbəsi.

Kitabxana və oxu zalı yalnız Universitetin tələbə və müəllimlərinə deyil, həm də region əhalisinə xidmət edir.

Daha ətraflı

Yerevan Dövlət Universiteti – Ermənistan
Aleksandr Markarov

amarkarov@ysu.am

Yerevan Dövlət Universiteti 1919-cu ildə təsis edilmişdir. Hal-hazırda Ermənistanın bu qədim təhsil ocağının 19 fakültəsində 19500-dən artıq tələbə təhsil alır.

YDU Ermənistanda təhsilin beynəlmiləşdirilməsi sahəsində liderlərdən biridir. Hazırda onun  beynəlxalq tərəfdaşları – dünyanın hər bir bölgəsindən olan universitet və tədqiqat mərkəzləri ilə 240-dan artıq əməkdaşlıq müqavilələri vardır.

Universitetlərarası ikitərəfli əməkdaşlıqdan savayı, YDU-da hər il 50-dən artıq beynəlxalq tədqiqat qrantları həyata keçirilir. YDU Erasmus-Mundus Xarici Əməkdaşlıq proqramında  konsorsium-üzv universitetdir. YDU həmçinin  Avropa İttifaqının maliyyələşdirdiyi TEMPUS proqramında  fəal iştirak edir. Son illərdə YDU  universitetin idarə edilməsi, beynəlmiləşdirmə və keyfiyyətin təminatı, inkişaf etmiş və yenilənmiş proqramlar və kurrikulum kimi sahələrdə müxtəlif TEMPUS layihələri həyata keçirmişdir.

Daha ətraflı

Bakı Dövlət Universiteti – Azərbaycan
Təranə Mahmudova

terane_melody@yahoo.com

1919-cu ilin 1 sentyabrında təsis olunmuş  Bakı Dövlət Universiteti

(BDU) Azərbaycanın ən qədim və ən böyük universitetidir.

Hazırda BDU-da təx. 18000 tələbənin təhsil aldığı 17 fakültə mövcuddur. Bugün Bakı Dövlət Universiteti tələbələrə 17 istiqamət üzrə 55 bakalavr dərəcəsi və 153 magistr dərəcəsi proqramı təklif edir. BDU-nun heyəti 3000-dən artıq professor, müəllim və texniki işçidən ibarətdir.

Bakı Dövlət Universiteti mütəmadi olaraq beynəlxalq mövqeyinin gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün işlər görür. Bu gün BDU Avrasiya Universitetləri Assosiasiyası, Qara Dəniz Universitetlər Şəbəkəsi və Xəzər Dənizi Ölkələrinin Universitetləri Assosiasiyası kimi nüfuzlu birliklərin üzvüdür.

BDU indiyədək imzalanmış 207 Anlaşma haqqında Memorandum və Əməkdaşlıq Sazişləri ilə beynəlxalq təhsil müəssisələri və təşkilatları, böyük beynəlxalq şəbəkələr ilə əməkdaşlığını daha da artırmaq niyyətindədir.

Daha ətraflı

Gürcüstan Universiteti - Gürcüstan
Ketevan Boiko

ketevan.boiko@ug.edu.ge

Gürcüstan Universiteti (GU)   2004-cü ildə  iki qadın professor tərəfindən yaradılmış, Tbilisidə yerləşən, yüksək səviyyəli, akkreditə olunmuş, özəl ali təhsil müəssisəsidir, O, ölkədə ilk ali təhsil müəssisəsidir ki, öz infrastrukturunun yaxşılaşdırılması və  müasir standartlara uyğunlaşdırılması məqsədilə Xarici Özəl İnvestisiyalar Korporasiyasının (OPIC) maliyyəsindən yararlanmışdır. GU  tələbələrin nəzəri bilik qazanmaları və praktiki bacarıqlarını inkişaf etdirə bilərmələri üçün əlverişli öyrənmə mühiti yaratmaq məqsədilə laboratoriyalar, kitabxana, IT otaqları, simulyasiya məhkəmə salonu və bir xəstəxana təsis etmişdir. GU-da xarici tələbələr də daxil olmaqla 4500-dən çox tələbə təhsil alır.

Gürcüstan Universiteti  Gürcüstanda Tempus, Erasmus Mundus və digər təhsil proqramlarında iştirak edən, sayı çox olmayan tədqiqat yönümlü universitetlərindən biridir.

GU 2014-cü ildə 10 illik yubileyini qeyd etmişdir.  Bu illər ərzində GU-nun məqsədi daim inkişaf etmək, həm gürcü və həm də xarici tələbələrin mənafeyi üçün alimlər və  tələbə həyatı baxımından  yüksək standartlara uyğunlaşmaq olmuşdur,

Bu gün biz  təhsilimizin və infrastrukturumuzun keyfiyyəti, ümumiyyətlə, tədqiqat və xidmətlərimizlə fəxr edirik.

 Daha ətraflı

Ivane Cavaxişvili Tbilisi Dövlət Universiteti - Gürcüstan
Tea Gergedava

Tea.gergedava@tsu.ge

1918-ci ildə qurulan Ivane Cavaxişvili Tbilisi Dövlət Universiteti (TDU) 

Gürcüstanda ilk Universitet və Cənubi Qafqazda ilk ali təhsil müəssisəsidir. "Elm və təhsilin məbədi" hesab olunan TDU daima gürcü cəmiyyətinin həyatında mühüm rol oynamışdır.

TDU tələbələrinin töhvələri və elm və təhsil sahəsindəki əməkdaşlığı vasitəsilə, demokratik cəmiyyətin inkişafına dəstək vermək və beynəlxalq icma ilə xoş əlaqələri gücləndirmək kimi tarixi missiya daşımışdır.

Bu gün universitetin əsas istiqamətləri, prinsipləri, dəyərləri və islahatları dinamik, sistemli və koordinə olunmuş şəkildə həyata keçirilir və bütün bunlar TDU-nu ümumi Avropa Ali Təhsil Məkanına gedən inkişaf yoluna istiqamətləndirir.

Daha ətraflı

Xəzər Universiteti – Azərbaycan
Raziyə İsayeva

risayeva@khazar.org

1991-ci ildə yaradılmış Xəzər Universiteti Azərbaycanın ilk özəl ali təhsil müəssisəsidir. O, həmçinin Azərbaycanda, Sovet təhsil modelindən kənarlaşaraq,  kredit əsaslı modeli (Şimali Amerika universitetlərində olduğu  kimi) tətbiq edən və əsas tədris dili İngilis dili  olan ilk universitetdir. Universitet həm bakalavr, həm də magistr proqramlarını təklif edir. Xəzərdə 2000-dən artıq tələbəsi və 150 professor-müəllim heyəti olan 4 fakültə vardır.

Xəzər Universitetinin professorları öz ixtisas sahələrində aparıcı olan insanlar və ya güclü, milli və beynəlxalq nüfuzuna malik iş adamları, sənətçilər və vəkillərdir. Xəzərdə müsbət təlim-tədris mühiti və dostluq atmosferi mövcuddur. O, professorlarla bilavasitə əlaqə, hər bir tələbəyə fərdi yanaşma, təhsilin yüksək keyfiyyəti kimi  mühüm xüsusiyyətlərə malikdir.

Xəzərin beynəlxalq əməkdaşlıq coğrafiyası Şimali Amerika, Asiya və Avropanı əhatə edir. Güclü beynəlxalq şəbəkə və akademik əlaqələr müxtəlif beynəlxalq tərəfdaşlıq və inkişaf proqramlarının çərçivəsində inkişaf etdirilmişdir. İnkişafının müxtəlif mərhələlərində, Xəzər Universiteti uğurlu təcrübə qazanmaq və Xəzər programlarının işləkliyini təşviq etmək məqsədilə müəyyən ixtisas sahələrini diqqət mərkəzində saxlamışdır.

Daha ətraflı

Qori Dövlət Pedoqoji Universiteti - Gürcüstan
Ruizan MEKVABIDZE gsu.icic@gmail.com

Qori Dövlət Pedoqoji Universitetinin  missiyası yerli və beynəlxalq əmək bazarına yönləndirilmiş,  həyat tərzləri və uğurlu fəaliyyətləri ilə  müasir cəmiyyətin  yüksək inkişaf etmiş,  yəni demokratik, mənəvi və yüksək şüurlu cəmiyyətə keçidinə  təşviq verəcək, nəzəri, metodoloji və praktiki bilik ilə təchiz olunmuş mütəxəssislər hazırlamaqdır , Missiyasını həyata keçirmək məqsədi ilə, Qori Dövlət Pedoqoji Universiteti aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  • Bölgənin və ölkənin maraqlarına uyğun, münasib, yüksək keyfiyyətli peşə  təhsili və akademik (bakalavr, magistr) təhsil ilə təmin edir;
  • Təlim-tədris, elmi-tədqiqat, yaradıcı və inzibati sahələrdə  təhlükəsiz, etibarlı, təşviq edici mühitin yaradılmasını təmin edir;
  • Şəxsi potensialın formalaşmasını və tələbələrin, akademik, inzibati və texniki  heyətin, müəllimlərin və peşə təhsili təlimçilərinin  yaradıcılıq bacarıqlarının inkişafını təmin edir;
  • Cəmiyyətin tələblərinə uyğun olaraq,  peşə təhsili proqramlarını təqdim edən və reallaşdıran Həyat Boyu Öyrənmə (fasiləsiz təhsil) sistemini həyata keçirir; 
  • Tələbələr, işçi heyəti, müəllim və inzibati strukturların təşəbbüslərini dəstəkləyir və birgə idarəetmə baxımından gücləndirir;
  • Gürcüstanın və xarici aparıcı təhsil ocaqları ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirir, tələbələrin, peşə təhsili alanların və akademik heyətin mobilliyini təşviq edir.

Ilya Dövlət Universiteti - Gürcüstan
Salome Shedania

salome.shedania@iliauni.edu.ge

Ilya Dövlət Universiteti (IDU) Gürcüstanın Tbilisi şəhərində yerləşir və tənqidi, analitik, etik və yaradıcı bacarıqları aşılamaqla  öz cəmiyyətini tərbiyələndirən və ona təhsil verən aparıcı tədqiqat universiteti olmağa çalışır. IDU-da dörd fakültə, 29 tədqiqat institutu, 800-dən artıq professor-müəllim heyəti və 14 000 tələbə vardır. 2006-cı ildə bir neçə təhsil müəssisəsinin birləşməsindən yaradılan, nisbətən gənc universitet olmasına baxmayaraq, qısa müddət ərzində  Gürcüstan və Cənubi Qafqazda tədris və tədqiqat sahəsində mükəmməlliyi və bütövlüyü, eləcə də  Gürcüstanın ali təhsil sistemindəki islahatlarda oynadığı aparıcı rolu və sosial məsuliyyəti ilə aparıcı təhsil müəssisələrindən birinə çevrilmişdir.