Təlimlər

 

PACT-ın əsas məqsədi Avropa Birliyi və Qafqaz universitetlərindən olan layihə partnyorları arasında transmilli təlim vasitəsilə  layihələrin inkişaf etdirillməsi imkanlarını yaratmaqdır. Bu məqsədlə  AB ortaqları Qafqaz regionundakı layihə partnyorları üçün lazimı məlumatları özündə cəmləyən ilk standard layihə inkişafı təlimi hazırlayıblar.

Layihə işində maraqlı olan gənclərin təlimatlandırılması ilə bağlı ilk təlimçilərin təlimi kursu artıq sentyabrın 23 -25-i aralığı Tiflisdə, Gürcüstan Üniversitetində, Azərbaycan, Gürcüstan və Ermənistandan olan 30 nəfər iştirakçı üçün keçirilmişdir.

Bu təlimin əsas məqsədi partnyor üniversitetlərdən olan gələcək təlimçilərin təlimi kursun mahiyyətini aşılamaqdan ibarət idi. İştirakçılar layihənin yazılmasının əsaslarını və toplanmış yardımçı vasitələrin Qafqazdakı hədəf qruplar üçün təşkil olunmuş treninqlərdə necə istifadə olunmasını müzakirə etmişlər. Bütün iştirakçılar interaktiv metodlarla layihə çərçivəsində hazırlanmış köməkçi vasitələr barədə ətraflı məlumat əldə etmişlər. Bu təlimin iştirakçıları Qafqaz universitetlərinin təcrübəli tədqiqatçıları,  layihə partnyorları və işçi heyətin  üzvləri idilər. Çünki bundan sonra onlar gənc tədqiqatçıların, doktorantların və gənc müəllimlərin təlimçiləri olacaqdılar. Artıq gələcək təlimçilər təlimatlandırıldığından beynəlxalq layihələrin yazılmasında hədəf qrup olan tədqiqatçılar, müəllimlər və doktorantlar üçün kurrikulum hazırlanacaqdır. Ümumilikdə Qafqaz regionunda 18 təlimin keçirilməsi nəzərdə tutulur.

Təkbətək təlimlər AB parnyorlarından biri və bir yerli təlimçi olmaqla, hər ölkədən 15-20 nəfər təlimlərdə iştirak edəcəkdir. 

Photo