Platforma

Layihə menecmenti və yeni təkliflərin hazırlanmasında marağı olan gənc tədqiqatçılar, müəllimlər, doktorantlar və beynəlxalq əlaqələr üzrə əməkdaşların yeni layihələrin yazılması və hazırlanması prosesində iştirakını gerçəkləşdirmək üçün nəzərdə tutulmuş PACT layihəsi açıq girişli platform təqdim edir. Platformda müəyyən dəstək vasitələri mövcuddur və bu, istifadəçilərə bu və ya digər informasiyanı paylaşmaq, şəbəkələşmək, öyrənmək, ünsiyyət qurmaq və iştirakçıların birgə səyilə mövzu üzrə məlumatları özündə cəmləşdirən mənbə yaratmaq imkanı verir.

Platformun əsas xüsusiyyətləri bunlardır: video və audio konfranslar, masaüstü paylaşım, lövhələrin və slayd təqdimatların paylaşımı, elektron təlim vasitələri və s.

20-dən çox multimedia təlim obyekti istifadəçilərin ixtiyarında olacaq.

İstifadəçilər bu platformdan faydalanmaqla aşağıdakı sahələr üzrə biliklərini inkişaf etdirə bilcəklər:

  • Layihə ideyalarının log frame və məntiq modelləri əsasında formalaşdırılması
  • Layihə üzrə fəaliyyət proqramının planlaşdırılması, təşkili və təsviri
  • Keyfiyyətə nəzarət edilməsi və onun qiymətləndirilməsi məqsədilə müzakirələrin aparılması
  • Layihə üzrə kommunikasiya
  • Mədəniyyətlərarası məsələlər