Haqqında

Qafqaz  regionundakı dövlətlərdə (Azərbaycan, Gürcüstan, Ermənistan ) istər dövlət, istərsə də özəl  ali təhsil müəssisələrində tədqiqat və araşdırma işləri son illər durğunluq dövrü yaşayır. Bu üniversitetlərdə tədqiqat işləri xarici mənbələr hesabına maliyyələşdirilməlidir. Qafqaz ölkələrindəki üniversitetlərdə əsas diqqət təlim-tədris prosesinə yönəldiyindən araşdırma işlərində potensial daha aşağıdır. Məhz buna görə də bu ölkələrin doktorantura tələbələrinin əksəriyyəti öz tədqiqat işlərini öz şəxsi büdcələri hesabına maliyyələşdirməli olurlar. 

Avropa universitetlərin doktorantura şöbələrində layihələrinin maliyyələşdirilməsi üçün xarici maliyyə dəstəyi almaq istəyən gənc tədqiqatçı və müəllimlərə müxtəlif magistr proqramları, təlim və kurslar keçirilir. Onlara layihə tərtib etməyin və bu layihə üçün lazimı maliyyə dəstəyi qazanmağın yolları öyrədilir. Həmçinin Avropa Komissiyası beynəlxalq və Avropa çərçivəsindəlayihələrin inkişafı və idarə edilməsi prosesində layihə yazanları və maliyyələşmə üçün müraciət edənləri dəstəkləməkdən ötrü böyük səylər göstərir (məsələn, Ömür boyu təhsil layihələrində “Survival Kit”). Bu vasitə və üsulların Qafqaz regionunda tədqiqat bacarığının artırılmasına və beynəlxalq əlaqələrin genişləndirilməsinə xidmət göstərə biləcəyi aydın olsa da, hələ ki, tam olaraq regiona tətbiq olunmayıb.

PACT-ın əsas məqsədi Avropa Komissiyası layihələrini tərtib etməkdə maraqlı olan şəxslərin bacarıq və təcrübəsinin, həmçinin beynəlxalq əlaqərinin genişləndirilməsində yardımçı ola biləcək mövcud  bilik və bacarıqları Qafqaz regionundakı yerli üniversitetlərə çatdırmaqdır

Niyə məhz Qafqaz regionu?

Azərbaycan, Gürcüstan və Ermənistan son illər beynəlxalq əlaqələrin genişləndirilməsində ciddi addımlar atırlar. Gələcəkdə transmilli layihələrin tərtibində  əsas diqqəti beynəlxalq əlaqələr və qrant əldə etmə üsullarına  yönəldilməlidir.  PACT bu regiondakı ölkələrin gənc tədqiqatçılarına öz layihələrini ideya və məzmun baxımından tərtib və inkişaf etdirməyə kömək edəcək üsullarla tanış etmək arzusundadır.